“Yuventus”un və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo karyerası bitdikdən sonrakı planlarından danışıb.
Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu yaxın gələcəkdə məşqçi olmağa hazırlaşmadığını deyib:
“Hazırda bununla maraqlanmıram. Ancaq həm də ola bilər ki, mən darıxa bilərəm və məşqçi olmaq istəyərəm. Düşünürəm, öz istedadımı ötürməyi bacaran motivator ola bilərəm. Misal üçün, mən oyundan həzz almağı, top oynamağı, qol vurmağı çox sevirəm. Bir motivator kimi bunu oyunçulara ötürə bilərəm”.