UEFA 2018/19-ci il mövsümünü əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.
Sportarena.az xəbər verir ki, siyahıda yalnız çempion “Qarabağ” yer almayıb.UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına ödənişlər AFFA-nın vasitəçiliyi ilə köçürülüb. Hər kluba 56 794,43 avro ayrılıb.
"Neftçi" – 56 794,43 avro
"Səbail" – 56 794,43 avro
"Qəbələ" – 56 794,43 avro
"Zirə" – 56 794,43 avro
"Sumqayıt" – 56 794,43 avro
"Sabah" – 56 794,43 avro
"Keşlə" – 56 794,43 avro
Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan komandanın hesabına köçürüləcək.