“Keşlə” internat məktəbini ziyarət edib

10:11 29 Dekabr 2019

"Keşlə” Futbol Klubu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbini ziyarət edib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirə Bakı təmsilçisinin İdarə Heyətinin sədr müavini Elşan Abasov, İdarə Heyətinin sədrinin müşaviri Rövşən Mirzəyev, İdarə Heyətinin üzvü Elmar Qafarov, əsas komandamızın baş məşqçisi Tərlan Əhmədov, futbolçular Rəşad Sadiqov, Əfran İsmayılov və Azər Salahlı qatılıb.

 

Klub tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib, onlar üçün xüsusi əyləncəli proqram hazırlanıb. Əyləncəli proqramda futbolçular da uşaqların yanında olub, onları sevindirməyə çalışıb.

 

2 saylı internat məktəbinin rəhbərliyi "Keşlə” Futbol Klubuna bu ziyarətə görə təşəkkür edib. Öz növbəsində klubun İdarə Heyətinin sədr müavini Elşan Abasov belə tədbirlərin xoş ənənəyə çevriləcəyini nəzərə çatdırıb və bundan sonra da internat məktəblərinin ziyarət ediləcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti