"Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridi.
Sportarena.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Balayev son mövsümdə 29 qurtarışla ilk "3-lük”də qərarlaşıb. O, yalnız Karaqanda "Şaxtyor"unun qapıçısı İqor Şatski (31) və "Astana"nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.
Qeyd edək ki, 25 yaşlı qapıçı son mövsümdə Qazaxıstan çempionatında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.