Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” gələn il yanvarın 7-də açılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komandalar fevralın 6-da, saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.