Dünyanın ən dəyərli futbolçusu odur - FOTO

15:46 7 Yanvar 2020

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ən dəyərli futbolçu kimi PSJ-nin hücumçusu Kilian Mbappe göstərilib. Fransa millisinin üzvünün transfer qiyməti 265,2 milyon avrodur.
 

“Mançester Siti”dən Rahim Sterlinq 2-ci (223,7 milyon avro), “Liverpul”un hücumçusu Məhəmməd Salah 3-cü (175,1 milyon avro), Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço 4-cüdür 168,9 (milyon avro).
 

Futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara görə təyin edilib.



Digər xəbərlər

Xəbər xətti