Türkiyənin "Qalatasaray" klubu yeni transferini rəsmən açıqlayıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Leyptsiq"in futbolçusu Marselo Saraççinin keçidini rəsmiləşdirib.Uruqvaylı sol cinah müdafiəçisi 1.5 il müddətinə icarə əsasında "Cim-Bom"da çıxış edəcək. "Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, M.Saraççi yeni klubunda ümumilikdə 2 milyon 500 min avro qazanacaq.