Türkiyənin “Beşiktaş” klubu Arda Turanla bağlı açıqlama yayıb.
Sportarena.az xəbər verir ki, “qara-qartallar”ın yaydığı açıqlamada təcrübəli yarımmüdafiəçinin transferinin gündəmdə olmadığı, yayılan xəbərlərin yalan olduğu bildirilib.
Qeyd edək ki, Arda Turan son olaraq çıxış etdiyi “Başakşehir”dən ayrılıb. Onun sabiq klubu “Qalatasaray”a transfer olunacağı bildirilir.