"Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi "Şonan Bellmare" ilə anlaşıb.
Son iki ili İsveç təmsilçisi AİK-də keçirən 32 yaşlı hücumameyilli oyunçu Yaponiyanın J1 Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. O, yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Elyunussi 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.