“Yuventus” və Serbiya millisinin keçmiş hücumçusu Darko Kovaçeviçə silahlı basqın olub.
Sportarena.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada qeydə alınmış hadisə zamanı sabiq forvarda evinin yaxınlığında - avtomobilində olarkən atəş açılıb.Ayağından yaralanan Kovaçeviç dərhal xəstəxanaya çatdırılıb. Cinayəti törədən(lər) isə onun avtomobilini yandırıb.
Kovaçeviç Turin klubu ilə yanaşı, “Latsio”, “Real Sosyedad” və "Olimpiakos" kimi klublarda da çıxış edib.