"Zirə" qış təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.
Sportarena.az xəbər verir ki, Antalyada məskunlaşan qəsəbə təmsilçisi ilk məşqini keçirib.
Zaur Həşimovun rəhbərlik etdiyi komanda toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Qartallar" yanvarın 11-də Türkiyənin "Ümraniyespor", 16-da Rumınyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" komandası ilə qarşılaşacaq. "Zirə" yanvarın 22-də Bakıya qayıdacaq.