"Xəzər Lənkəran"ın sabiq baş məşçqisi Mustafa Dənizli Türkiyə millisinin "AVRO-2020"dəki şanslarını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, Dənizli qrupdan çıxacaqlarını, hətta bir qədər də irəliləyəcəklərini düşünür. O, "ay-ulduzlular"ın A qrupunda yer almasını isə üstünlük hesab edir:
"Hələ püşkatma günü Türkiyə futbol ictimaiyyəti yaxşı qrupa düşdüyümüz qənaətinə gəlmişdi. Millimiz düzgün yoldadı, Şenol Günəşlə birlikdə əla atmosfer yaxalayıb. Bir çox turnirlərə qatılmışıq. Amma ən uğurlu dönəm kimi son 20-25 ili göstərmək olar. Qrupdakı rəqiblərimizdən İsveçrə adətən sırf isveçrəlilərdən qurulmayan kollektivdi. Ancaq İtaliya çox güclüdü. İlk matçı onlara qarşı keçirəcəyimizi nəzərə alsaq, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidi. Bu baxımdan turnirə İtaliyada başlamaq məncə, üstünlükdü. Millimizə güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu performansla hara qədər gedəcəyimizi siz düşünün".
Qeyd edək ki, İtaliya, Türkiyə, İsveçrə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək.