“Tottenhem”də şok itki

12:13 10 Yanvar 2020

İngiltərənin “Tottenhem” klubu şok itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisinin kapitanı Harri Keynin zədəsinin ciddi olduğu üzə çıxıb.Belə ki, "Sauthempton"la oyunda zədələnən ingilis hücumçunun təkrar müayinə zamanı 4 ay meydana çıxa biməyəcəyi məlum olub.İlkin müayinə zamanı Keyndə əzələ yırtığı aşkarlanmışdı.

 

Qeyd edək ki, komandanın lideri bu mövsüm 25 oyuna 17 qol vurub, 2 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti