Moskva “Dinamo”sunun Ramil Şeydayevlə yolları ayırması millimizin üzvünü narazı salıb.
Sportarena.az xəbər verir ki, rusiya mətbuatının iddiasına görə, forvard 1 il 6 aylıq müqavilənin sonuna qədər paytaxt klubunda qalacağını gözləyirmiş.Bu səbəbdən Şeydayevin Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət edəcəyi gözlənilir.
“Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.