"Qarabağ"dan ayrılan Asmir Beqoviç müqavilə ilə məxsus olduğu "Bornmut"un düşərgəsinə dönüb.
Sportarena.az xəbər verir ki, bosniyalı qolkiper Premyer Liqa klubu ilə məşqindən olan şəklini şəxsi "Instagram" hesabında paylaşıb. 32 yaşlı qapıçı "Bornmut"a qoşulduğunu və məşqlərdə iştirak etdiyini yazıb.
Bildirilir ki, "Bornmut”da gələcəyi qeyri-müəyyən olan Beqoviç klubunu dəyişəcək. Onun "Qarabağ"an qayıtmaq ehtimalı var.