Balotellini təhqir edən fanata 5 illik cəza verildi

15:25 10 Yanvar 2020

İtaliya A Seriyasının son turunda “Breşia”nın futbolçusu Mario Balotellini irqçi şüarla təhqir edən azarkeş cəzalandırılıb.



Sportarena.az xəbər verir ki, “Latsio” – “Breşia” matçında baş verən hadisəyə görə 38 yaşlı fanata 5 illik cəza verilib. O, 2025-ci ilə qədər İtaliyada idman yarışarına qatıla billməyəcək.

 

Qeyd edək ki, irqçi şüarlarına görə “Latsio” 20 min avro cərimələnmişdi.  


Digər xəbərlər

Xəbər xətti