“Neftçi” yeni transferi üçün nə qədər ödəyib?

13:45 11 Yanvar 2020

Dünən “Neftçi” iranlı futbolçu Saman Nariman Cahanla müqavilə imzaladığını açıqlayıb. Açıqlamada “Neftçi”nin 28 yaşlı futbolçu üçün “Maşınsazi” klubuna nə qədər ödədiyi qeyd edilməyib.

 

Sportarena.az xəbər verir ki, nüfuzlu “tranfermarket.us” saytı hazırda oyunçunun dəyərinin 342 min dollar olaraq göstərib. Saytda futbolçunun “Neftçi”yə məxsus olduğu və onunla 2021-ci ilə qədər müqavilə imzalandığı da qeyd edilib.

 

Qeyd edək ki, Saman Nariman karyerası ərzində “Naft Tehran”, “Gostareş Fuad”, “Traktor”, “Persepolis” və “Peykan” klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti