"Zirə" haitili hücumçusu ilə yollarını ayırdı

00:20 12 Yanvar 2020

"Zirə" klubu futbolçusu Soni Norde ilə yollarını ayırıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Zirə” 31 yaşlı forvarda gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Soni Norde kluba 2019-cu ilin yayında cəlb olunmuşdu. Həmin vaxt onunla bir illik müqavilə bağlanılmışdı. 


Digər xəbərlər

Xəbər xətti