"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə Türkiyəyə yollanıb.
Sportarena.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk gündə məşqə çıxıb.Futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən Dani Kintana hazırlıq prosesində yer almayıb.
Qurban Qurbanovun komandası sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.