"Qəbələ" Antalya toplanışına start verdi

00:30 13 Yanvar 2020

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün dünən Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular topsuz və toplu çalışmaları yerinə yetiriblər.
 

Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı fərdi məşqlə kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti