Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov Almaniya Bundesliqasında oynamaqdan imtina edib.
Sportarena.az xəbər verir ki, “Paderborn” klubu millimizin forvardını heyətinə qatmaq istəsə də, o, təklifi qəbul etməyib.Buna səbəb isə Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundan sərfəli təklif alması olub. Hücumçu maddi məsələlərdə daha yaxşı şərtlər təklif edən ABŞ klubu ilə anlaşıb.