İngiltərənin "Bornmut" klubu qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.
Sportarena.az xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. Klub saytı təcrübəli qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.