“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk “Astana”dan ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar.Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.
Qeyd edək ki, bir neçə ay öncə Roman Qriqorçukun adı “Neftçi” ilə hallanırdı.