"Qarabağ"ın ispan yarımmüdafiəçisi Dani Kintana Çindən təklif aldığını təsdiqləyib.
Sportarena.az xəbər verir ki, o, "CBC Sport"a açıqlama verib:
"Hələ danışıqlar gedir. Məsələ rəsmiləşməyib. Sadəcə, komandanın əsas heyət üzvü olmaq istəyirəm. Əlbəttə, neçə ildir "Qarabağ”dayam. Bura çox bağlanmışam. İndi son sözü demək çox çətindir".
Qeyd edək ki, bu mövsüm çıxdığı 24 oyunda 6 qol vuran 32 yaşlı Kintana 2015-ci ildən "Qarabağ"da top qovur.