Antalyada hazırlıqları davam etdirən “Neftçi” braziliyalı yarımmüdafiəçisi Dario Federikonu icarəyə göndərmək niyyətindədir.
Sportarena.az “Qafqazinfo”ya istinadəm xəbər verir ki, o, hazırda İsrail klublarından birinin maraq dairəsindədir. “Sambaçı” Bakı klubu ilə Antalya səfərinə yollanmayıb. Onun Azərbaycanda qalmasına səbəb isə birbaşa danışıq apardığı klubun düşərgəsinə yollanmaq istəyidir.
Futbolçunun meneceri də adı açıqlanmayan klubla hazırda danışıqların son mərhələsindədir. Əgər bütün şərtlər uyğun gələrsə, Dario yaxın günlərdə icarəyə gedəcək. Əks-halda o, “Neftçi”nin Antalyadakı düşərgəsinə yollanacaq.