"Neftçi"dən ayrılan ukraynalı futbolçu Kirilo Petrov karyerasını ölkəsində davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi "Kolos"a transfer olub. O, yeni klubunda məşqlərdə iştirak edir.
Petrov 2017-ci ilin yanvarından "Neftçi"də çıxış edirdi. "Ağ-qaralar" müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.