Ukraynalı futbolçu "Səbail"i tərk etdi

08:01 15 Yanvar 2020

"Səbail”daha bir futboçusu ilə yolları ayırıb.



Sportarena.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, İgor Korotetskinin müqaviləsi qarşılıqlı razııq əsasında vaxtından əvvəl ləğv edilib. Ukraynalı müdafiəçiyə azad agent statusu verilib.


33 yaşlı futbolçu 2018-ci ilin yayında azad agent kimi "Səbail”ə transfer olunmuşdu.
 

Qeyd edək ki, "Səbail"i bu qış Elvin Yunuszadə və Mirabdulla Abbasov da tərk edib.


Digər xəbərlər

Xəbər xətti