Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununda Macarıstanın MTK klubu ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev görüş (0:3) barədə fikirlərini açıqlayıb:
“Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik. Yoxlama oyununda nəticə qazanmağa köklənməmişdik. İstədiyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi”.