Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) dördüncü turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda Ukrayna təmsilçisi Pavel Eltanovla heç-heçə edib.
Qeyd edək ki, şahmatçımızın 3-cü turda yarışın favoriti, ispaniyalı Anton Guijarla oyununda da bərabərlik qeydə alınmışdı. Təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal qazanıb. O, bu göstərici ilə 2 və 5-ci yerləri bölüşür.