Türkiyə millisini təhqir etdi, bələdiyyədən kənarlaşdırıldı

15:51 15 Yanvar 2020

Türkiyə Milliyetçi Hərakat Partiyasının üzvü, Düzcə Kaynaşlı bələdiyyəsinin sədri Birol Şahin ölkəsinin qadınlardan ibarət voleybol milli komandasını təhqir edib.

 

Sportarena.az xəbər verir ki, o, “filənin sultanları”nın Tokio-2020-də keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmasından sonra sosial mediada fikirlərini yazıb. 

 

O bildirib ki, qadınlar dinə görə örtünməli olduqları halda şort və maykada meydana çıxıb vəsiqə qazanmalarına sevinirlər: “Allah bizə örtünməyi və bədənimizi gizlətmək əmri verib. Buna baxmayaraq onun əmrinə qarşı çıxırsa, bədənini açırsa, sonra da Olimpiya Oyunlarına gedirəm deyə sevinirsən. Bundan sonra dünya çempionu olsan, Olimpiya oyunlarını qazansan, nə fərq edər? Müsəlman qadın üçün ədəb və həya əsasdır. Hər şey Allah üçün olmalıdır. Dinimizə görə qadınlar idmanla yox, öz ev işləri ilə məşğul olmalıdırlar. Daha çılpaq şəkildə kişilərin qarşısına çıxmaq lazım deyil”.

 

Bələdiyyə sədrinin bu sözləri Türkiyədə böyük səs-küyə səbəb olub.



Digər xəbərlər

Xəbər xətti