"Səbail" klubu futbolçusu Yevgeni Koçukla yolları ayırıb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə müqavilə vaxtından əvvəl ləğv olunub.
Qeyd edək ki, Yevgeni Koçuk 2018-ci ilin yanvarından "Səbail"də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 54 oyuna 8 qol vurub.