Roman Qriqorçuk AFFA ilə danışıqlar aparır

10:30 16 Yanvar 2020

“Astana”dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin başına keçə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.Xəbərdə ukraynalı mütəxəssinin uzun müddət işsiz qalmayacağı və Azərbaycan millisi üçün AFFA ilə danışıqlar apardığı qeyd olunub.

 

Qeyd edək ki, Qriqorçuk yanvarın 13-də “Astana”dan ayrılıb. O, ötən mövsüm komandası ilə Qazaxıstan çempionu adını qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti