UEFA “Qarabağ”a 500 min ödədi

14:08 16 Yanvar 2020

UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə uyğun olaraq "Qarabağ"ın hesabına pul köçürülüb.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumu vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan çempionunun hesabına köçürüb."Qarabağ" 1 heç-heçəyə görə 190 min avro, əlavə bonusların paylanmasına görə isə 70 min 500 avro gəlir götürüb.

 

Yəni Ağdam təmsilçisi ümumilikdə 260 min 500 avro (493,855 manat) qazanıb.


Digər xəbərlər

Xəbər xətti