Türkiyənin “Fənərbaxça” klubu idman direktoru Damyen Komolli ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis öz istəyi ilə istefa verib.Komollinin klub prezidenti Ali Koç və baş məşqçi Ərsun Yanalla münasibətlərinin yaxşı olmadığı barədə məlumatlar yayılmışdı.
47 yaşlı funksioner 2018-ci ildə İstanbul klubuna təyinat almışdı.