Millimizin üzvləri testdən keçdi

17:33 16 Yanvar 2020

Bakı Olimpiya stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilən və iki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.


Digər xəbərlər

Xəbər xətti