"Sabah" bərpa məşqi keçdi

19:00 16 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıqları davam etdirir.

 

Sportarena.az xəbər verir ki, dünən Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşan Jelko Sopiçin yetirmələri bu gün səhər saatlarında məşqə çıxıb.Yoxlama oyununda daha uzun müddət meydanda olmuş futbolçular bərpa məşqi keçiblər. Digər futbolçular isə topla çalışmalarda iştirak ediblər.

 

“Sabah” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirəcək. Görüş yanvarın 19-da baş tutacaq.

 

Komanda Antalya toplanışında daha öncə Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klublarıyla qarşılaşıb.


Digər xəbərlər

Xəbər xətti