Azərbaycan çempionatı ən zəiflər arasında

10:05 17 Yanvar 2020

UEFA-nın 2019-cu illə bağlı hesabatı dərc olunub.

 

Sportarena.az xəbər verir ki, siyahıdakı Avropa ölkələri yüksək liqadakı komanda sayına əsasən sıralanıb.8 komandalı Azərbaycan Premyer Liqası sonuncu “dördlük”dədir. Çempionatımız Andorra, Litva və Moldova ilə eyni - ən aşağı göstəriciyə malikdir. Rekordçu isə 20 komandalı çempionata malik İtaliya, İspaniya, İngiltərə və Fransadan ibarət “dördlük”dür.

 

San-Marino (15) və Latviya (9) tək sayda komandaya malik olan çempionatlardır. Digərlərində bu rəqəm cütdür.

 

Maraqlıdır ki, Avropanın 54 ölkəsindəki liqalar 10 müxtəlif formatla keçirilir. Azərbaycan 4 dövrəlik dairəvi sistemdən istifadə edən 12 liqadan biridir. Albaniya, Xorvatiya, Estoniya, Gürcüstan, İrlandiya, Latviya, Moldova, Şimali Makedoniya, Monteneqro, Sloveniya və İsveçrədə də eyni formatdır.

 

Ən çox istifadə olunan isə 2 dövrəli dairəvi sistemdir. 15 liqa bu varianta üstünlük verib.


Digər xəbərlər

Xəbər xətti