“Vulverhempton” Azərbaycan millisinin üzvü üçün 3 milyon ödəyib

14:04 17 Yanvar 2020

İngiltərənin “Vulverhempton” klubunun ötən yay “Eştoril”dən transfer etdiyi Renat Dadaşovun keçidi üçün ödədiyi təzminat qiyməti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün transferi “canavarlar”a 1,5 milyon funt-sterlinqə (təqribən 3,3 milyon manat) başa gəlib.
 

“Vulverhempton” Renat Dadaşovu transfer etdikdən sonra Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna icarəyə vermişdi. 20 yaşlı qış fasiləsində Premyer Liqa klubuna qayıtdı.

“Vulverhempton” Dadaşovu yenidən icarəyə vermək üçün klub axtarır.


Digər xəbərlər

Xəbər xətti