"Qəbələ" Rusiyanın I Divizion təmsilçisini darmadağın etdi - VİDEO

12:07 19 Yanvar 2020

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Matç "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

 

"Qəbələ" – "Çayka" (Rusiya) - 3:0
Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51
Antalya, “Titanik” meydançaları

 

 


Digər xəbərlər

Xəbər xətti