“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə yolları ayırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bakı təmsilçisi italiyalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Neftçi" dünən baş məşqçisi Roberto Bordinlə yolları ayırmışdı.