"Neftçi" ilə oyuna xüsusi hazırlaşmamışdıq" - AÇIQLAMA

12:19 21 Yanvar 2020

Kiyev "Dinamo"sunun məşqçisi Vadim Yevtuşenko Antalyada "Neftçi"yə qalib gəldikləri yoxlama görüşünü (2:1) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, "Neftçi"nin ikinci hissədə aqressiv oynadığını bildirib:

 

"Legiya" və "Neftçi" ilə oyunlara xüsusi hazırlaşmamışdıq. Proqramımız var, matçlar yorğunluq fonunda keçirilir. Təbii ki, yorğunluq ayaqlarla yanaşı, başda da olur. Buna əsasən oyunun keyfiyyətinin istənilən kimi olmadığını demək olar. Görünür, "Neftçi"nin məşqçisi ikinci hissədə komandasına daha sıx və aqressiv oynamaq tapşırığı vermişdi. Hücumlarımızın alınmamasının bir səbəbi də bu idi. Rəqib futbolçular bəzən hətta kobudluğa da yol verirdilər. Amma bu, futboldur. Bu cür sınaqlardan da keçmək lazımdır. Danışmaq yox, dözmək və sürətli işləmək lazımdır ki, ayağa zərbə almayasan".


Digər xəbərlər

Xəbər xətti