Koreya klubu "Qarabağ"ın futbolçusuna təklif göndərdi

11:32 24 Yanvar 2020

"Qarabağ"ın hücumçusu Mahir Emreliye növbəti təklif Asiya qitəsindən gəlib.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümün startına hazırlaşan Cənubi Koreyanın K Liqa - Superliqa təmsilçisi "Seul" millimizin forvardını heyətinə qatmaq üçün futbolçuya təklif göndərib.

 

Asiya təmsilçisi 22 yaşlı Emreliyə uzunmüddətli müqavilə və yaxşı maaş şərti irəli sürüb. Lakin yayda "Sevilya"nın rəsmi təklifini geri çevirən və İspaniya klubunun B komandasında oynamağa razılaşmayan Mahir koreyalılara da "yox" deyib. Fikirləşmək üçün vaxt istəyən futbolçunun "Seul"un təklifinə qəti maraq göstərmədiyini dəqiqləşdirmişik.

 

Koreya klubu ötən mövsümü 3-cü yerdə başa vurub. K liqasının yeni mövsümü martda başlayacaq. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti