"Borussiya" İtaliya nəhəngindən Emre Canı istəyir

16:03 24 Yanvar 2020

"Yuventus”un yarımmüdafiəçisi Emre Can yanvarda iş yerini dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı oyunçunu Dortmund "Borussiya”sı rənglərinə bağlamaq istəyir. "Arılar” "Yuve”yə ilk olaraq 18 milyon avro təklif etsə də, italyanlar bu məbləğə razılaşmayıb. Tərəflər danışıqları sürdürür.

 

Almaniya klubu qarşı tərəflə ortaq məxrəcə gələ bilsə, Canla müddəti 2024-cü ilə qədər olacaq anlaşma imzalanacaq.

 

Qeyd edək ki, Emre cari mövsüm A Seriyasında cəmi 8 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti