"Qarabağ" heyətini yeni legionerlə gücləndirə bilər.
Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.Ağdam klubunun İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlandığı iddia olunur. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Onun klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.