"Qarabağ"la oyuna ciddi hazırlaşacağıq" - “Səbail”in baş məşqçisi

23:17 26 Yanvar 2020

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.

 

Sportarena.az klubun saytına istinadən verir ki, o, əvvəlcə ötən gün keçirilən Polşa “Korona”sı ilə yoxlama oyununu (1:0) şərh edib: “Təlim–məşq toplanışının son oyununu keçirdik. Bundan əvvəlki 3 oyunda buraxdığımız səhvlərin azalması bizi sevindirir. 3 oyunda qapımızda asanlıqla epizodlar görürdüksə, bu oyunda isə tam əksinə idi. Müdafiədə də çox az səhv etdik və sevindirici haldı ki, bu oyunda da, qol epizodu yarada bildik. Təlim-məşq toplanışında ilk qələbəmizi qazandıq. Çoxdandır bu qələbəyə ehtiyacımız var idi. Yoldaşlıq görüşü olsa da, futbolçuların psixoloji durumunun yaxşılaşması üçün qələbə həmişə xoş olur".
 

O, futbolçulardan toplanış zamanı razı qaldığını söyləyib: "Ümumi toplanışı dəyərləndirməli olsaq, futbolçulardan razı qaldıq, hər biri çalışdı ki, özünün meydanda yaxşı cəhətlərini göstərsin".

 

A.Hacıyev fasilədən sonra çempionatdakı durumlarını yaxşılaşdırmaq üçün daha da səylə çalışmalı olduqlarını bildirib: "Bu oyunların finala bərabər olacağını futbolçuların hər biri dərk edir.
 

Çempionat zamanı hər bir oyun bizim üçün çətin olsa da, çalışacağıq ki, oyunlarda maksimum xal toplayaq və mövsümün sonunda qərarlaşdığımız yerdən daha da, yaxşı yerdə çempionatı başa vuraq. Sevindirici hallardan biri də odur ki, bütün futbolçular heç biri ciddi zədə olmadan təlim-məşq toplanışını başa vurdular. Fasilədən sonra ilk oyunumuz “Qarabağ”la olacaq və bu oyuna ciddi hazırlaşacağıq”.


Digər xəbərlər

Xəbər xətti