"Fənərbaxça" azarkeşləri papaq və şərflərini meydana atdılar - FOTOLAR

23:58 26 Yanvar 2020

"Fənərbaxça" azarkeşləri Türkiyə Superliqasının 19-cu turunda dünən keçirilən "Başakşəhər"lə matçda (2:0) etdikləri hərəkətlə diqqət çəkiblər.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri zəlzələ baş verən Elazığa göndərilməsi üçün papaq və şərflərini meydana atıblar. Bunda sonra onlar "Elazığ üşümə, "Fənərbaxça" səninlə" şüarı səsləndiriblər. Komandanın baş məşqçisi Ersun Yanal isə meydana atılan əşyaların bəzilərini öpüb və azarkeşləri alqışlayıb. Qarşılaşmanın hakimi Fırat Aydınus baş verənlərə görə matçı bir neçə dəqiqəlik dayandırıb.Görüş bitdikdən sonra papaq və şərflər toplanaraq nümayəndələrə verilib.

 

Qeyd edək ki, Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı 39-a yüksəlib.



Digər xəbərlər

Xəbər xətti