AFFA ötən ilin gəlir və xərclərini açıqladı

11:08 28 Yanvar 2020

AFFA-nın gəlirləri 2019-cu ildə 29 milyon 948 min 618 manat təşkil edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın hesabat seçki konfransında qurumun rəsmisi Xalid Cavadov məlumat verib. O bildirib ki, xərclər 23 milyon 423 min 308 manat olub.

 

Xalid Cavadov ötən ilin mayında Bakı Olimpiya Stadionunda keçirilən “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərcləndiyini də söyləyib.


Digər xəbərlər

Xəbər xətti