Rövnəq Abdullayev millini tənqid etdi - "Zəiflər qrupundan qalib ayrılmağı bacarmadıq"

10:20 28 Yanvar 2020

AFFA-nın növbəti konfransı keçirilir.

 

Sportarena.az xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov iştirak edir.

 

Tədbiri giriş sözü ilə Rövnəq Abdullayev açıb. Qurum rəhbəri bildirib ki, tədbirə FİFA və UEFA-nın nümayəndələri qatılıb. Daha sonra isə Azad Rəhimov ötən il Bakıda keçirilən Avropa Liqası finalından və paytaxtımızda baş tutacaq “AÇ-2020”nin 4 oyunundan danışıb.

 

Rövnəq Abdullayev çıxış edərək AFFA-nın illik hesabatını məruzə edib: “Bir çox stadionlarda dəyişiklik olub. Arenaların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub. Buna başlanılacaq”.

 

AFFA prezidenti yığma komandanın çıxışını tənqid edib: “Millimizin yaxşı çıxış etməməsi tənqid hədəfi idi. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki böyük şans idi. Zəiflər qrupundan qalib ayrılmağı bacarmadıq. AÇ-2020-nin qrup mərhələsində 1 xalla sonuncu olduq. Təəssüf ki, azarkeşlər üzüldü. Avrokuboklarda klublarımız yaxşı çıxış etdi. Xüsusən, “Qarabağ”ı qeyd etmək istərdik. Digər klubların da çıxışını yaxşı adlandırmaq olar”. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti