Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.
Bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanmışdı.