Elxan Məmmədov: "Bu virusun dərmanını tapmışıq"

14:00 28 Yanvar 2020

"Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq 3 illik mübarizəmizin bəhrəsini görürük".

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. 

 

O bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub: "Bu virusun dərmanını tapmışıq. Artıq sağlamlaşmaya doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq".

 

Məmmədov bildirib ki, baş katib postu yenə ona həvalə olunub: "Çünki oxşar səlahiyyətlərdi. Bu işi davam etdirməyə də hazıram. Sayın artırılması önəmli haldı. Futbol, milli komandaların sayı böyüyür. Beynəlxalq tədbirlər, müxtəlif layihələr həyata keçiririk. İcraiyyə Komitəsinin üzvləri artıq öz sahələri üzrə məsuliyyət daşıyacaqlar. Könül xanımın seçilməsi də bizim üçün önəmlidi. O, bizim UEFA-dakı nümayəndəmizdi. Çox gənc yaşdan bizimlə çalışır".


Digər xəbərlər

Xəbər xətti